RU

Klublararası dünya çempionatının ən yaxşıları müəyyənləşdi

BAKI, 14 iyul. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının "ən yaxşı" nominasiyalarının qalibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun çempion olduğu mundialın ən yaxşı futbolçusu adına komandanın ulduz oyunçusu Kol Palmer layiq görülüb.

Turnirin ən yaxşı qapıçısı "zadəganlar"ın üzvü Robert Sançes, ən yaxşı gənc futbolçusu adına isə Fransanın PSJ klubunun oyunçusu Dezire Due seçilib.

Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatının finalında "Çelsi" PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

Избранный
55
2
teleqraf.com

3Источники