AZ

FIFA klublararası dünya çempionatının ən yaxşıları bəlli oldu

ABŞ-də təşkil olunan FIFA klublararası dünya çempionatının "ən yaxşı" nominasiyalarının qalibləri müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun çempion olduğu turnirin ən yaxşı futbolçusu adına komandanın ulduz oyunçusu Kol Palmer layiq görülüb.
 
Turnirin ən yaxşı qapıçısı "zadəganlar"ın üzvü Robert Sançes, ən yaxşı gənc futbolçusu isə Fransanın PSJ klubunun oyunçusu Dezire Due seçilib.
 
Qeyd edək ki, FIFA klublararası dünya çempionatının finalında "Çelsi" PSJ-ni 3:0 hesabı ilə məğlub edib.
 
Seçilən
11
2
moderator.az

3Mənbələr