Vaşinqton Kiyevə əlavə silahlar, o cümlədən "Patriot" zenit sistemləri üçün raketlər göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Ukraynaya müxtəlif növ müasir silah və sursatlar göndəriləcək və bunun üçün vəsait Vaşinqtona tam ödəniləcək. Tramp qeyd edib ki, bu məsələni iyulun 14-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdə müzakirə edəcək .
ABŞ prezidenti qeyd edib ki, Kiyevin almalı olduğu “Patriot” raketlərinin sayı ilə bağlı hələ qərar verməyib. Amma onlar mütləq Ukraynaya çatdırılacaq.
Eyni zamanda, Tramp vurğulayıb ki, ABŞ onlar üçün heç nə ödəməyəcək, çünki hər şey Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək.