ABŞ-da təşkil olunan klublararası dünya çempionatının qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada PSJ və "Çelsi" üz-üzə gəlib.
Buna qədər PSJ yarımfinalda "Real Madrid"i, "Çelsi" isə "Fluminense"ni mübarizədən kənarlaşdırmışdı.
Üç gün öncə "Real Madrid"in qapısından 4 cavabsız top keçirən PSJ bu dəfə özü darmadağın olub və nəticədə "Çelsi" dünya çempionu tituluna yiyələnib.
Klublararası dünya çempionatı
Final
23:00 PSJ - "Çelsi" 0:3
Koul Palmer, 22; 30; Joao Pedro, 43
Qırmızı vərəqə: Joao Neves, 84 (PSJ)
Hakim: Alireza Faqani (İran)
"MetLife Stadium", İst-Raterford, Nyu Cersi