ABŞ-da təşkil olunan klublararası dünya çempionatının qalibi bu gün məlum olacaq.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada PSJ və "Çelsi" üz-üzə gələcək. Çempion olan komanda yeni formatda ilk qalib olacaq.

PSJ yarımfinalda "Real Madrid"i, "Çelsi" isə "Fluminense"ni mübarizədən kənarlaşdırıb.

Görüş Bakı vaxt ilə 23:00-da start götürəcək.

Klublararası dünya çempionatı

Final

23:00 PSJ - "Çelsi" 0:0 (birinci hissə)

Hakim: Alireza Faqani (İran)

"MetLife Stadium", İst-Raterford, Nyu Cersi