RU

Faciəvi şəkildə ölənlər sahədə işləməyə gedirmiş - VİDEO

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, avtomobildə faciəvi şəkildə ölən şəxslər yaxın qohumlar olub.

1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov əkin sahəsində işləməyə gedirmişlər.

Hadisə baş verən zaman onların ərazidə olan başqa bir qohumu hadisəni görsə də, maşının pəncərəsindən içəri dolan su səbəbindən heç birini xilas edə bilməyib.

Onların hər üçünün suda boğularaq öldüyü məlum olub.

Qeyd edək ki, mərhumlar evli olub. Onlardan biri yaxın günlərdə yeni tikdiyi evə köçməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.



Избранный
33
3
manset.az

4Источники