AZ

Faciəvi şəkildə ölənlər sahədə işləməyə gedirmiş - Video

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, avtomobildə faciəvi şəkildə ölən şəxslər yaxın qohumlar olub.

1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov əkin sahəsində işləməyə gedirmişlər.

Hadisə baş verən zaman onların ərazidə olan başqa bir qohumu hadisəni görsə də, maşının pəncərəsindən içəri dolan su səbəbindən heç birini xilas edə bilməyib.

Onların hər üçünün suda boğularaq öldüyü məlum olub.

Qeyd edək ki, ölənlərin hər üç mərhum evli olub. Onlardan biri yaxın günlərdə yeni tikdiyi evə köçməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Video: Ziya Əmirxanlı

Seçilən
29
3
qafqazinfo.az

4Mənbələr