RU

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14.07.2025-ci il tarixindən etibarən 18.07.2025-ci il tarixində işlər başa çatanadək “Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15.07.2025-ci il tarixindən etibarən 17.07.2025-ci il tarixində işlər başa çatanadək “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Hafta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Избранный
10
32
hafta.az

10Источники