RU

Klublararası dünya çempionatının finalı: PSJ, yoxsa “Çelsi”?

Bu gün ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda futbol üzrə klublararası dünya çempionatının final oyunu keçiriləcək.

İdman.biz xəbər verir ki, yekun qarşılaşmada İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçın baş hakimi iranlı Əlireza Fəqani təyin edilib.

Qeyd edək ki, PSJ son mövsümdə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.

İdman.biz

Избранный
34
50
idman.biz

10Источники