RU

Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ABŞ-nin 1 avqustdan etibarən Avropa mallarına 30 faizlik rüsum tətbiq edəcəyi təqdirdə, Aİ-nin cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir.

"Avropa İttifaqının maraqlarını qorumaq üçün bütün zəruri addımları atacağıq. Zəruri olarsa, adekvat cavab tədbirləri də daxil olmaqla", - deyə Ursula fon der Lyayen vurğulayıb.

O qeyd edib ki, ABŞ-nin rüsum tətbiqi transatlantik ticarət zəncirini poza və həm Avropa, həm də Amerika biznesinə və istehlakçılarına zərər vura bilər.

Eyni zamanda, Avropa İttifaqı məsələnin həllində dialoqa üstünlük verdiyini və ABŞ-la danışıqlara sadiq qaldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Almaniya İqtisadiyyat Nazirliyi də xəbərdarlıq etmişdi ki, ABŞ-ın tətbiq edəcəyi rüsumlar Avropa ixracatçı şirkətlərinə və elə ABŞ istehlakçılarına da mənfi təsir göstərəcək.

İslam
Milli.Az

Избранный
31
49
milli.az

10Источники