AZ

Aİ Trampın yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt münasibət bildirib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tətbiq olunacaq yeni rüsumların transatlantik tədarük zəncirlərini pozacağını, bunun isə həm Avropa, həm də ABŞ şirkətləri, istehlakçıları üçün mənfi nəticələr doğuracağını bildirib.

APA xəbər verir ki, bu barədə Lyayen "X" hesabında paylaşım edib.

“Biz avqustun 1-dək razılaşmanın əldə olunması istiqamətində səylərimizi davam etdirəcəyik. Eyni zamanda, Avropa İttifaqının maraqlarını qorumaq üçün müvafiq əks-tədbirlər əsasında hərəkət etməyə hazırıq”, - Aİ rəsmisi vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta isə azad və ədalətli ticarətin rifahı artırdığını, yeni iş yerləri yaratdığını və təchizat zəncirlərini gücləndirdiyini ifadə edib:

“Tariflər əslində vergilərdir. Onlar inflyasiyanı artırır, qeyri-müəyyənlik yaradır və iqtisadi artıma mane olur".

Seçilən
6
49
apa.az

10Mənbələr