RU

Yığmamızdan növbəti qələbə

Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunda 5-ci yer uğrunda mübarizə aparır.

"Football-plus.az" xəbər verir ki, millimiz bu gün 5-9-cu yerlər uğrunda qrup mərhələsinin 3-cü oyununa keçirib.

Komandamız Malta ilə qarşılaşıb. Görüş basketbolçularımızın 77:46 (11:11, 21:15, 23:11, 22:9) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız sabah Moldova ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki komandanın hesabında 6 xal var qalib gələn tərəf 5-ci yerə sahib çıxacaq.

Избранный
8
2
football-plus.az

3Источники