Gəncə şəhərində baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxs müalicə olunduğu xəstəxanada vəfat edib.
APA-nın yerli bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü şəhər sakini Ş.Musayev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"