AZ

Gəncədə partlayışdan sonra yanıq xəsarətləri alan şəxs xəstəxanada ÖLDÜ

Gəncə şəhərində baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxs müalicə olunduğu xəstəxanada vəfat edib.

Viral.az APA-ya istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü şəhər sakini Ş.Musayev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 4-də Gəncənin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərindən birində partlayışla müşayiət olunan yanğın hadisəsi baş verib.

Son Yazılar:

Hadisə nəticəsində ev sahibi Ş.Musayev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya, daha sonra isə vəziyyətinin ağırlığı səbəbilə Bakı şəhərinə təxliyə edilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
7
viral.az

10Mənbələr