Basketbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizədə məğlubiyyətlə üzləşib.
Offsideplus.az xəbər verir ki, yığmamız Slovakiya seçməsinə 43:77 hesabı ilə uduzub.
Qızlarımız qitə çempionatında son matçı sabah keçirəcəklər.
Milli komandamız 11-ci yer uğrunda Lüksemburqla qarşılaşacaq.