RU

"Kəpəz" növbəti transferini açıqlayıb

"Kəpəz" mövsümlərarası fasilədə daha bir futbolçunun keçidini həll edib.

İdman.biz xəbər verir ki, Gəncə təmsilçisi Adama Fofana ilə iki illik müqavilə imzalayıb.

Burkina-Fasodan olan 25 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində oynayır. Adama son olaraq ötən mövsüm Türkiyədə “Adanaspor”un formasını geyinib. Daha əvvəl isə "Varberq" (İsveç) və "Dijon" (Fransa) klublarında çıxış edib.

Qeyd edək ki, Forfana Burkina-Faso millisində iki oyun keçirib.

İdman.biz

Избранный
8
4
idman.biz

6Источники