RU

Onlar niyə göndərildi? – İşin içində iş var imiş

Adil Şükürovun “Kəpəz”ə baş məşqçi təyin olunmasından sonra komandada ciddi dəyişikliklər müşahidə olunmaqdadır.

Gəncə təmsilçisi mövsüm başa çatandan sonra 11 futbolçu ilə yollarını ayırıb ki, onlardan 7-si legionerlərdir.

Gedənlərin arasında azarkeşləri xüsusi şəkildə narazı salan qapıçı Rojerio Santosla müdafiəçi Dioqo Verdaşkanın ayrılması idi.

Futbolsevərlər bunu Şükürovun sələfi Azər Bağırovun kollektivə cəlb etdiyi əcnəbilərlə işləmək həvəsində olmamasına bağlayır. Amma belə deyil.

“Kəpəz”in köhnə-yeni baş məşqçi portuqaliyalı futbolçuların xidmətində olub. Və gəldiyi gündən rəhbərlikdən hər ikisini “Kəpəz”də qalması üçün xahiş etdib.

Di gəl, Santosla Verdaşka ötən mövsüm qazandığından az qala iki qat artıq pul tələb edib. “Kəpəz”i elitada saxladıqlarını əsas gətirərək maaaşlarının aylıq 12-15 min dollar civarında təyin olmasını istəyiblər.

Rəsmilər deyilən məbləğin klubun imkanlarını aşdığını bildirincə, hər ikisi başqa klub axtarışına çıxıb. Sonrakı danışıqlar da səmərə verməyib.

Məvacib məsələsində güzəştə getsəydilər, hər ikisi ilə müqavilənin müddəti uzadılacaqdı.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
6
sportinfo.az

1Источники