RU

Yeni Kaledoniya dövləti YARADILIR

Parisətrafı qəsəbələrdə Fransadan qismən asılı olan Yeni Kaledoniya dövlətinin yaradılması barədə razılıq əldə olunub.

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Qeyd edilir ki, müstəqilliyi dəstəkləyən və ona qarşı çıxan siyasi hərəkatlar arxipelaqlara muxtariyyət verəcək kompromis elan ediblər.

Saziş Yeni Kaledoniya üçün ayrıca vətəndaşlığın yaradılmasını və beynəlxalq münasibətlərdə səlahiyyətlərin ona verilməsini ehtiva edir. Sənədin qüvvəyə minməsi üçün Fransa parlamentinin təsdiqi və adalar üzrə referendumun keçirilməsi tələb olunur.

Qeyd edək ki, keçən ilin may ayında Yeni Kaledoniyada Fransanın konstitusiya islahatına qarşı kütləvi etirazlar baş vermiş, nəticədə 14 nəfər həlak olmuşdu. Təxirə salınan islahat Yeni Kaledoniyada on ildən çox yaşayan insanlara yerli seçkilərdə səs vermək hüququ verəcəkdi.

Избранный
33
30
modern.az

10Источники