Ağdaş rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğulub.
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Report
Tarix: 12 İyul 2025, 20:48