ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İbrahim Konate "Liverpul"u tərk etmək arzusundadır.
İdman.biz xəbər verir ki, 26 yaşlı müdafiəçi bununla bağlı klub rəhbərliyini məlumatlandırıb.
Fransalı futbolçunun "qırmızılar" 2026-cı il iyunun sonuna kimi müqaviləsi var. İbrahim "Real"ın maraq dairəsinə düşüb və danışıqlar uğurla başa çatarsa, o, komandanı tərk etməyə hazırdır.
Qeyd edək ki, Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edir. O, 2024/2025 mövsümündə 42 oyunda 2 qol və 2 ötürmə ilə yadda qalıb.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.