RU

Avropa Komissiyasının sədri ABŞ-ni hədələdi

BAKI, 12 iyul. TELEQRAF

Ticarət danışıqları uğursuz olarsa, Avropa İttifaqı ABŞ-yə qarşı əks tədbirlər görəcək.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yeni tariflərin tətbiqini şərh edərkən bildirib.

Məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayıb.

O deyib: "Aİ ixracatına 30% tariflərin tətbiqi kritik transatlantik təchizat zəncirlərini qıracaq, Atlantik okeanının hər iki tərəfindəki biznes adamlarına, istehlakçılara və müşrilərə zərər verəcək".

Fon der Leyen əlavə edib ki, avqustun 1-dək ABŞ ilə danışıqlara və razılığa gəlməyə hazırdırlar.

O, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını, o cümlədən zəruri hallarda əks tədbirlər görəcəyini vurğulayıb.

Xatırladaq ki. iyulun 12-də ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Aİ və Meksikadan gətirilən mallara 30% rüsum tətbiq ediləcəyini bəyan edib.

Избранный
55
50
teleqraf.com

10Источники