RU

Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

İyulun 12-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, SportAccord təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, görüş zamanı SportAccord təşkilatının keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün ölkəmizdə inkişafı haqqında müzakirələr aparılıb.

Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.

Избранный
9
9
hafta.az

10Источники