Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublika parlamentində Kürdüstan Fəhlə Partiyası (PKK) ilə bağlı problemin hüquqi həll yollarını müzakirə edəcək komissiyanın yaradılacağını bəyan edib.
Sfera.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
“İlk addım olaraq Türkiyə Böyük Millət Məclisində komissiya yaradacağıq və bu prosesin qanuni tələblərini müzakirə etməyə başlayacağıq. Ümid edirəm ki, Ədalət və İnkişaf Partiyamız, müttəfiqimiz Milliyyətçi Hərəkat Partiyası və DEM Partiyasından nümayəndələr bu prosesi dəstəkləməyə davam edəcək”, – deyə Ərdoğan hakim partiyanın üzvlərinə müraciətində bildirib.
Prezident əlavə edib ki, artıq dünən parlament sədri ilə bu məsələ ilə bağlı görüş keçirilib.
Fidan Hacızadə
Sfera.az