AZ

Ərdoğan: PKK məsələsi üzrə komissiya qurulacaq

Kürd Fəhlə Partiyası (PKK) ilə bağlı problemin hüquqi yollarla həllini müzakirə etmək üçün Türkiyə Böyük Millət Məclisində xüsusi komissiya yaradılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İlk addım olaraq parlamentdə komissiya quracağıq və bu prosesin hüquqi tələblərini müzakirə etməyə başlayacağıq”, - deyə Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, proses Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası və DEM partiyasının nümayəndə heyətləri ilə birgə həyata keçiriləcək. Onun sözlərinə görə, artıq dünən DEM partiyasının nümayəndələri parlament sədri ilə görüş keçirib.

Seçilən
0
2
axar.az

3Mənbələr