Cəbrayıl. Trend:
Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahlarklubunun Qarabağ və Şərqi Zəngəzura səfərinin sonuncu ünvanıCəbrayıl olub. Onlar rayonun Mehdili kəndində mina təmizləmə vəminaların zərərsizləşdirilməsi prossesini izləyiblər.
Trend-in yerlimüxbiri xəbər verir ki,Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayılmarşrutu üzrə hərəkət edən səyyahlar Cəbrayıl rayonu Mehdilikəndində mina təmizləmə işlərinin həyata keçirildiyi ərazidəolublar.
Səyyahlar işğaldan azad edilən Mehdili kəndi ərazisində ANAMAtərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlaraişğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsibarədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlakolanların və sağlamlığını itirənlərin olduğu haqda məlumatverilib.
Ərazilərdə tank əleyhinə minaların, piyada əleyhinə minaların,həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib. Bundanbaşqa, axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar daaşkarlandığı deyilib.
Qeyd edilib ki, aşkarlanan piyada əleyhinə minaların əsas tərkibhissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumatverilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə vətəlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.
Daha sonra ərazidə aşkarlanan minaların partladılma yolu iləzərərsizləşdirilməsi prosesi həyata keçirilib.
Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTPklubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edib. Busəfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsindətanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyükimkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahlarklublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalqsəyyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla,beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrupsəfəridir.