RU

Qızmar bir yay günü...

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Q.QASIMOV
XQ

Избранный
17
28
xalqqazeti.az

10Источники