Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Bu gün Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 faiz, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.