RU

Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb

Şəki, 12 iyul, AZƏRTAC

Şəki sakinini elektrik cərəyanı vurub. Hadisə rayonun Turan qəsəbəsində baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Turan qəsəbə sakini, 87 yaşlı Abbas Qafarov yaşadığı evin həyətində su mühərrikindən istifadə edərkən qısaqapanma baş verib. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən tədqiq və müayinə olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
18
1
azertag.az

2Источники