RU

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

 

Избранный
13
33
azertag.az

10Источники