RU

Azərbaycan yığmasının müdafiəçisi bu klubun şərtlərini QƏBUL ETDİ

«Araz-Naxçıvan» Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun xidmətində maraqlıdır.

Bu barədə saytımıza klubdan məlumat verilib.

Bildirilib ki, onunla aparılan danışıqlar başa çatmaq üzrədir.

29 yaşlı arxa xətt oyunçusu Premyer Liqanın bürünc medalçısınin irəli sürdüyü maliyyə şərtləri ilə böyük ölçüdə razılaşıb və son anda başqa bir problem ortaya çıxmasa, onunla 1 illik mqavilə imzalanacaq.

«Neftçi»nin yetirməsinin legioner həyatı mayda başa çatıb. O, 2 illik Polşa macərasını yekunlaşdıraraq, vətənə dönüb.

Məmmədov 2023/24-cü il mövsümünü «LKS-Lodz»da keçirib. Bu komanda Polşa Ekstraklasasını tərk edəndən sonra o, "Radomyak"ın yolunu tutub.

Di gəl, məşqçilərlə yaşadığı problemlər üzündən bu ilin ilk 5 ayında əsas heyətdəki yerini itirib və 2026-cı ilin yayınadək nəzərdə tutulan müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

"Araz Naxçıvan" bu yay Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keytanı ("Konyaspor", Türkiyə)sıralarına qatıb.

SPORTİNFO.AZ

Избранный
11
sportinfo.az

1Источники