RU

Avropa İttifaqı Bakı və İrəvanı sülh sazişini mümkün qədər tez imzalamağa çağırdı

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı Ermənistan və Azərbaycanı sülh sazişini mümkün qədər tez imzalamağa və ratifikasiya etməyə çağırır. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşünə istinadən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anita Hipper deyib.

“Avropa İttifaqı iyulun 10-da Əbu-Dabidə Ermənistan və Azərbaycan liderlərinin görüşünü alqışlayır. Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.

Daha əvvəl qeyd olunduğu kimi, biz 2025-ci ilin martında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışladıq. Bu, regionda davamlı sülh və təhlükəsizliyə nail olmaq yolunda mühüm addımdır.

Biz hər iki tərəfi sülh sazişi layihəsini tez bir zamanda imzalamağa və ratifikasiya etməyə çağırırıq. Tərəflər xahiş edərsə, Aİ əlavə dəstək və ekspert məsləhəti verməyə hazırdır”, - Anita Hipper bildirib.

Elcan

Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
3
missiya.az

4Источники