RU

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində səkkiz nəfər həbs olundu

Ajans.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Məhkəmə prosesində hakim Bulut Aydöner, Fatih Yağcı, Hüseyn Yurddaş, Kadir Öztürk, Murat Or, Mustafa Bostancı, Sabri Caner Kırca və Ümit Polatın həbsinə qərar verib. Zafer Çimen və Salih İlhan nəzarət altına alınmaqla sərbəst buraxılıblar. İstanbul Baş Prokurorluğu həbs edilən və İBB bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, "cinayətkar təşkilata rəhbərlik", "cinayət təşkilatına üzv olmaq", "qəsb", "rüşvət", "ağır fırıldaqçılıq", "qanunsuz şəxsi məlumatların ələ keçirilməsi", "qanunsuz ələ keçirmə" ittihamları ilə şübhəlilər barəsində araşdırma aparır.

Qeyd edək ki, barələrində həbs qərarı çıxarılanlar iyulun 9-da İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qruplarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Избранный
9
4
Ajans.az

5Источники