Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunun sonuncu qrup oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan komandası Cəbəllütariq seçməsinə 69:40 hesabı ilə qalib gəlib.
Milli komandamız qitə birinciliyində 5-9-cu yerlər uğrunda oyunlarda mübarizə aparacaq.