RU

“Real”ın əsas problemi – intizam və müdafiədə birlik hissinin olmamasıdır"

Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Toni Kroos komandanın zəif tərəflərini və zirvəyə dönüş üçün nələrə ehtiyac duyulduğunu dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, "Madrid Universa" alman futbolçunun dediklərini belə çatdırıb.

“Real”a nə çatmır? Məncə, zirvəyə qayıtmaq üçün ən vacib məsələ diqqət, intizam və yeni sistemin necə işlədiyi və tətbiq olunmasıdır. Bundan sonra hansı futbolçunun lazım olduğunu, hansı oyun üslubuna üstünlük veriləcəyini müəyyənləşdirmək olar.

Komandanın müdafiə zamanı bir orqanizm kimi hərəkət etməsi çox önəmlidir. Bu zaman topu geri qazanarkən daha çox enerji əldə edirsiniz. Əgər bu birlik yoxdursa, rəqibin arxasınca qaçmaq məcburiyyətində qalacaqsınız, pressinq edə bilməyəcəksiniz, çünki rəqib sizi asanlıqla məğlub edir. Müdafiəyə çəkilmək də alınmayacaq, çünki bu sistemə uyğun deyilsiniz. Bu, keçən mövsüm bizim əsas problemimiz idi,

Избранный
35
90deqiqe.az

1Источники