"Qarabağ" heyətini növbəti transferlə gücləndirib.
Klubun mətbuat xidməti Sportinfo.az-ın yaydığı məlumatı təsdiqləyib.
Ağdam təmsilçisi Kris Kuaku ilə anlaşıb. Fil Dişi Sahilindən olan 25 yaşlı yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.
O, “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Kuakunun son klubu Portuqaliya "Mafra"sı olub. O, karyerası ərzində 152 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
"Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.
