RU

Bu ərazidə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir 1-ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti, məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin kompressor (1 atm) vasitəsilə kipliyi sınaq ediləcək.

Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçədə 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Избранный
11
21
anews.az

10Источники