RU

"Azərişığ"ın Medianın İnkişafı Agentliyi ilə keçirdiyi müsabiqənin nəticələri açıqlandı - FOTOLAR

İyulun 11-də "Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi, "Azərişıq" ASC-nin 10 illik yubileyinə həsr olunan "İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə "Azərişıq" ASC-nin sədrinin köməkçisi Xalid Təhməzov açıb. Bildirib ki, 2015-ci il 10 fevral tarixindən, yəni qurum yarandığı gündən etibarən Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkənin bütün regionlarında elektrik şəbəkələri yenilənir, əsaslı təmir-bərpa işləri həyata keçirilir. Torpaqlarımız işğaldan azad edildikdən sonra qısa vaxt ərzində həmin ərazilərdə strateji obyektlərin işıqlandırılması üçün "Azərişıq" ASC işlərə start verib. Nəticədə azad olunduqdan 1 ay sonra Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında müsabiqənin keçirilməsinin zəruriliyindən bəhs edib. Bildirib ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsində belə müsabiqələrin keçirilməsi xüsusi önəm daşıyır.

Sonda mükafatlandırma mərasimi keçirilib. Qalib jurnalistlərə hədiyyələr təqdim olunub.

Избранный
28
6
unikal.az

10Источники