RU

“Qalatasaray” sürpriz transferə imza ata bilər -

Transfer çalışmalarını davam etdirən Türkiyənin “Qalatasaray” klubu fransız futbolçunu heyətinə qata bilər. Metbuat.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Frayburq” klubunda çıxış edən 23 yaşlı sağ cinah müdafiəçisi Kilian Sildillia ilə maraqlanır.Bununla yanaşı, məlumatda qeyd olunur ki, Niderlandın “PSV” klubu futbolçu ilə danışıqlarda daha irəli mərhələyə keçib.

Qeyd edək ki, Sildillia ötən mövsüm 22 oyunda 866 dəqiqə meydanda olub və 2 qol vurub.

Избранный
29
1
metbuat.az

10Источники