İtaliyanın "Komo" klubu "Qalatasaray"ın müdafiəçisi Davinson Sançeslə maraqlanır.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu A Seriyası klubunun müdafiənin mərkəzi üçün namizədlərindəb biridir. Digər namizəd isə "Selta"nın futbolçusu Karl Starfeltdir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
D. Sançes iki mövsümdür "Qalatasaray"da çıxış edir. Onun İstanbul klubu ilə daha iki illik müqaviləsi var.
Kolumbiyalı başa çatan mövsüm 45 oyunda meydanda olub.