Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində C. Həşimova məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evdə qəfildən yanğın başlayıb.
Son Yazılar:
- Cəlilabadda 3 otaqlı ev YANDI
- Qarabağ müharibəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsi yad edildi
- Avropa İttifaqının əhalisi 450 milyonu KEÇDİ
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində evin 88 m² sahəsi və əşyaları yanıb. Yanğının elektrik naqillərdə yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.