RU

Mövsümün ən yaxşı qapıçısı ilə bağlı qərar verildi

  “Roma” klubu qapıçı Mile Svilarla yeni müqavilə imzaladığını açıqlayıb.

Referans xəbər verir ki, 25 yaşlı serb qolkiperin yeni sözləşməsi 2030-cu ilin yayınadək qüvvədə olacaq.

Svilar 2024/25 mövsümündə A Seriyasında 38 oyuna çıxıb, onların 16-da qapısını toxunulmaz saxlayıb və ümumilikdə 35 qol buraxıb. O, mövsümün sonunda turnirin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Qeyd edək ki, Svilar 2022-ci ilin yayında Lissabonun “Benfika” klubundan “Roma”ya azad agent kimi transfer olunmuşdu./publika.az   

Избранный
13
1
referans.az

2Источники