AZ

Mövsümün ən yaxşı qapıçısı ilə bağlı qərar verildi

“Roma” klubu qapıçı Mile Svilarla yeni müqavilə imzaladığını açıqlayıb.

Publika.az xəbər verir ki, 25 yaşlı serb qolkiperin yeni sözləşməsi 2030-cu ilin yayınadək qüvvədə olacaq.

Svilar 2024/25 mövsümündə A Seriyasında 38 oyuna çıxıb, onların 16-da qapısını toxunulmaz saxlayıb və ümumilikdə 35 qol buraxıb. O, mövsümün sonunda turnirin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Seçilən
9
1
publika.az

2Mənbələr