RU

UNESCO-nun 47-ci sessiyasında İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm vəMədəniyyət Təşkilatının (UNESCO) 47-ci sessiyasında İçərişəhərinYUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ciildönümünə həsr olunmuş tədbir keçirilib.

Trend-inməlumatına görə, UNESCO-nun Ümumdünya İrs Komitəsinin iyulun 6-dan16-dək keçirilən 47-ci sessiyası çərçivəsində müxtəlif tematiktədbirlər təşkil olunub.

Onların arasında iyulun 11-də İçərişəhərin UNESKO-nun Ümumdünyaİrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuştəqdimat mərasimi xüsusi yer tutub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası,Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və TrendBeynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub.Tədbirin mövzusu “Ümumdünya İrsinin Qorunması: Mühafizə vəKommunikasiya Təcrübəsi” idi.

Tədbirə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi ElmanAbdullayev moderatorluq edib.

Tədbir zamanı mədəni irsin qorunması, bərpası və ictimaiyyətətəqdim edilməsi sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəgördüyü işlər və əldə olunan nəticələr təqdim olunub.

Tədbirdə UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri SimonaMirela Mikulesku, Ümumdünya İrs Mərkəzinin direktoru Lazar Eloundouvə digər beynəlxalq ekspertlər mədəni irsin təqdimatında medianınrolundan, ictimai kommunikasiya vasitələrinin əhəmiyyətindən vəmədəni irsin qorunmasına beynəlxalq yanaşmalardan danışmışlar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud, UNESCO üzrə Azərbaycan RespublikasıMilli Komissiyasının baş katibi Seymur Fətəliyev, UNESCO yanındadaimi nümayəndə Elman Abdullayev, İçərişəhər Dövlət Tarix-MemarlıqQoruğu İdarəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiriTədbirdə Azərbaycan adından çıxış edən Trend İnformasiyaAgentliyinin əməkdaşı Elçin Ağacanov İçərişəhərdə aparılan bərpa vəkonservasiya işləri, kommunikasiya layihələri, mədəni irsincəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərbarədə məlumat verib.

Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədətanıdılması, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi vəirsin mühafizəsi siyasətində ölkənin mövqeyinin gücləndirilməsiüçün mühüm platformaya çevrilib.

Подписывайтесь на наш канал в WhatsApp, и будьте в курсе главныхновостей!

UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
Избранный
39
6
az.trend.az

8Источники