Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektoru Veysəl Əyyubov vəzifəsindən azad olunub.
Modern.az Teleqraf-a istinadən xəbər verir ki, o, işdən çıxmaqla bağlı ərizə yazıb.
Prorektorun ərizəsi qəbul edilib.
Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.
Qeyd edək ki, Veysəl Əyyubov 2015-ci il sentyabr ayından MDU-nun elmi işlər üzrə prorektoru işləyirdi.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.