Qadınlardan ibarət 3x3 basketbol millimiz Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.
Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта