Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.


Rekord.az xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.


Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.


Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.