RU

Goranboyda iynədən şoka düşən Ağdam sakini ölüb

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

Belə ki, şəhərcikdə yaşayan Ağdam rayon sakini 1979-cu il təvəllüdlü Aynur Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
18
apa.az

10Источники