Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.
Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini 1979-cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"