RU

Goranboyda iynədən şoka düşən qadın öldü

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

Ölkə.az-ın məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə baş verib.

Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini, 1979- cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb.

Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
5
18
olke.az

10Источники