RU

Azad edilmiş ərazilərdə yeni klinikaların yaradılması nəzərdə tutulur - Departament rəhbəri

Hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələri fəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tipli xəstəxanaların qurulması uğurla aparılır.

Day.Az xəbər verir ki, bu sözləri TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bu gün keçirilən geniştərkibli müşavirədə çıxış edərkən deyib.

O bildirib ki, gələcəkdə bir sıra digər yerlərdə də yeni klinikaların yaradılması nəzərdə tutulur.

"Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb. İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli, rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsas prioritetimizdir. Qürurverici məqam ondan ibarətdir ki, azad olunmuş ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulması prosesində TƏBİB yaxından iştirak edir"- deyə o əlavə edib.

Избранный
26
4
day.az

8Источники